Tədris proqramına şagirdlərin məktəb dərslərinin hazırlanması (Azərbaycan və rus bölmələri üzrə), həmçinin məktəbdə öyrədilən biliklərin təkmilləşdirilərək mənimsədilməsi və testlər vasitəsilə möhkəmləndirilməsi daxildir.Əlavə vaxt qaldıqda isə uşağın yaşına uyğun kitabların oxudulması, kitab oxumağın bir vərdiş kimi mənimsədilməsi də öncəliklərimiz arasındadır.
Tədris Mərkəzində təhsil alan tələbələrə sınaq imtahanlarında iştirak pulsuzdur. Sınaq imtahanlarında yüksək nəticə göstərən şagirdlər növbəti ay üçün endirimli qiymətlərlə təhsil hüququ qazanırlar.
Dərs günlərinin sayı |
Dərs saatları |
Qiymət |
Həftədə 5 gün |
3 saat |
60 AZN |
Dərs saatları şagirdin məktəbdəki dərs növbəsi və boş vaxtlarına görə uyğunlaşdırılır.
Hazırlıqdan məktəbə gedərkən və ya məktəbdən hazırlığa gələrkən şagirdlər mərkəzdə münasib qiymətlərlə fəaliyyət göstərən kafedən istədikləri yeməyi seçə bilərlər. Nahar -2 AZN